Главная > Dünya > Qərb Paşinyandan seçkilər tələb edir: Nikola “sədaqət andı” şərti
Qərb Paşinyandan seçkilər tələb edir: Nikola “sədaqət andı” şərti5-12-2023, 11:17. Разместил: admin |
Rəsmi dairələrdə Ermənistanda növbədənkənar parlament seçkiləri tələbinin Qərbdən gəldiyi barədə məlumatlar yayılır. Bu barədə nüfuzlu erməni nəşri yazır. “Əvvəllər deyilmişdi ki, partiyanın dar çərçivəli iclaslarından birində Nikol Paşinyan qısamüddətli də olsa, gələn il seçkilərin keçirilə biləcəyini istisna etmədən aktual mövzuya toxunub. Paşinyan anlayır ki, zaman hakimiyyətin əleyhinə işləyir. Bir tərəfdən Paşinyanın partiyası getdikcə nüfuzdan düşür, digər tərəfdən isə yeni müxalifət qüvvələrinin formalaşması ehtimalı artır, ona görə də o, müxalifətçiləri təəccübləndirmək qərarına gəlib”, - mətbu orqan bildirir. Nəşrin qənaətincə, Qərb də öz növbəsində Paşinyandan “sədaqət andı” tələb edir ki, Ermənistan tez bir zamanda Rusiyadan ayrılıb Avropaya tələsməlidir: “Qərb Paşinyanın təminatlarının əvəzinə yeni seçkilər vasitəsilə Rusiya əleyhinə parlamentin formalaşacağını gözləyir ki, orada Aram Sarkisyan (Respublika Partiyasının sədri - red.) və digər qərbyönlülər mütləq iştirak edəcəklər və bugünkü parlament müxalifəti, açıq-aşkar rusiyapərəstlər evə gedəcək”. Вернуться назад |