Главная > Dünya > Fransızların SEZAR QƏLƏTİ... - NƏ BAŞ VERİR?

Fransızların SEZAR QƏLƏTİ... - NƏ BAŞ VERİR?


4-12-2023, 15:30. Разместил: admin


Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir.

Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahalandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi: “Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və Mistral zenit-raket komplekslərinin tədarükü də “müdafiə” adı altında həyata keçirildi;

Hərçənd, bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi vardı. Çünki Bakının Qarabağda erməni separatizmi ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bu iddiaların hədəfi bəllidir:

- Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması;
- Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq;

Fransanın Ermənistana “Sezar” tanklarını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Ki, bu esakalsiyanın yeganə platforması Azərbaycanla sərhəddir.

Müəllif: Asif Nərimanlı


Вернуться назад