Главная > Dünya > Paşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başlayıb
Paşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başlayıb14-11-2023, 12:19. Разместил: admin |
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni Rusiyadan Qərb istiqamətinə döndərməyə davam edir və Rusiya biznesini Ermənistandan sıxışdırmağa başlayıb. Trend xəbər verir ki, Ermənistanın dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiya noyabrın 15-də keçiriləcək iclasında Rusiyanın "MTS" PSC-nin törəmə operatoru olan “MTS Ermənistan” QSC-nin şirkətin səhmlərinin satışı üzrə əməliyyatı başa çatdırmaq üçün müraciət ərizəsini təsdiq etməyi planlaşdırır. Komissiyanın saytında yerləşdirilən qərar layihəsində qeyd olunub ki, qurum "MTS Ermənistan"ın səhmlərinin 100 faizinin Kiprin "Fedilco Group Limited" şirkətinə satışı üzrə müqavilənin bağlanmasına razıdır. Əgər müqavilə bağlanarsa, "MTS Ermənistan" artıq "MTS" qrupunun üzvü sayılmayacaq. Beləliklə, Ermənistan hakimiyyəti Rusiyanın təkcə İrəvanın siyasi kursuna deyil, həm də Ermənistan iqtisadiyyatına təsirinə son qoyacağına ümid edir. Ermənistanın Baş naziri Nikol Paşinyan ekspertlərin, bəzi informasiya platformaları və təbliğat mediası nümayəndələrinin iştirakı ilə bu yaxınlarda keçirilən qapalı iclasda ölkə hökumətinin xarici siyasət vektorunda dəyişiklik etdiyini açıqlayıb. Ermənistan mətbuatının yazdığına görə, Paşinyan bundan sonra KTMT-nin, eləcə də MDB-nin işində iştirak etməyəcəyini və bu strukturları əvəz edəcək şəxs axtardığını bildirib. O, həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarından müxtəlif sahələrdə çoxlu maraqlı vədlər var. Ermənistan hökuməti hesab edir ki, “Rusiya ilə ittifaqda qalmaq mənasızdır”, həmçinin Ermənistan Rusiyanı tərk etsə, heç nə baş verməyəcək, “çünki Moskva daha heç kimi cəzalandıra bilməyəcək”. Paşinyanın hərəkətlərinin nəyə gətirib çıxaracağını və Moskvanın reaksiyasının necə olacağını görmək qalır. Вернуться назад |