Главная > Dünya > Melitopolda rusların qərargahı partladıldı: ölənlər var
Melitopolda rusların qərargahı partladıldı: ölənlər var13-11-2023, 09:00. Разместил: admin |
Rusiyanın işğal etdiyi Melitopol şəhərində hərbi qərargah partladılıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Kəşfiyyatın məlumatına görə, noyabrın 11-də Melitopolda rusların qərargaha çevirdikləri poçt binasında güclü partlayış olub. Partlayışın FTX və “Rosqvardiya” zabitlərinin binada iclas keçirdikləri vaxt baş verdiyi bildirilib. Qeyd olunub ki, partlayış nəticəsində azı 3 zabit öldürülüb. Вернуться назад |