Главная > Dünya > İrəvanı buna məcbur edən Tehrandır - Robert Beqlaryan
İrəvanı buna məcbur edən Tehrandır - Robert Beqlaryan4-11-2023, 13:38. Разместил: admin |
“Ermənistanın xarici siyasət vektorunun dəyişməsinə baxmayaraq, bu regionçuluq xarakteri daşıyır. Ola bilsin ki, Ermənistanı belə siyasət yürütməyə məcbur edən Tehranın xarici oyunçuların regional məsələlərə müdaxiləsi ilə bağlı narazılıq ifadələridir”. Bunu İran parlamentinin erməniəsilli deputatı Robert Beqlaryan deyib. Onun fikrincə, məhb bu səbəbdən də İran və Ermənistan mövcud vəziyyətə əsaslanaraq təbii müttəfiqə çevriliblər. “Lakin bu münasibətlər baxımından Ermənistanın gələcəkdə hansı xətti seçəcəyini söyləmək çətindir. Son 30 ildə Ermənistan şimalda İran üçün ən etibarlı tərəfdaş olub”, - Beqlaryan əlavə edib. Вернуться назад |