Главная > Dünya > Biz sülh, fəlakətin olmamasını istəyirik, bəs siz… - Erməni nazirdən jurnalistə sərt reaksiya

Biz sülh, fəlakətin olmamasını istəyirik, bəs siz… - Erməni nazirdən jurnalistə sərt reaksiya


1-11-2023, 13:13. Разместил: admin
Biz sülh, fəlakətin olmamasını istəyirik, bəs siz… - Erməni nazirdən jurnalistə sərt reaksiya


Meğri dəmir yolu həm də Ermənistan hakimiyyətinin regionda sülhü möhkəmləndirmək üçün həyata keçirdiyi layihənin bir hissəsidir. 

Bunu erməni nazir Qnel Sanosyan açıqlamasında deyib.

Onun sözlərinə görə, hakimiyyət 2020-ci ildə dəmir yolu ilə bağlı araşdırmalar aparıb və yolun yenidən işə salınması, hər şey siyasi və diplomatik platformalarda həll olunanda baş verəcək.

“Biz və qonşu ölkələrimiz regionda sülhün təmin olunması, mövcud infrastrukturların işləməsi, yenilərinin tikilməsi üçün səy göstərməliyik. Ölkələr inkişafda bir-birini dəstəkləyə, bir-birinin infrastrukturundan istifadə edə, birgə yeni infrastrukturlar yarada bilər. Bizim region elə bir yol ayrıcıdır ki, o, yükdaşıma baxımından bütün ölkələr üçün maraqlı ola bilər”, - Sanosyan deyib. 

Jurnalistlərin Meğri dəmir yolunun “Sülhün kəsişməsi” kimi təqdim edilməsi ilə bağlı suala Sanosyan sərt reaksiya verib: “Siz Ermənistan vətəndaşları kimi sülhə tələsmirsiniz, yoxsa haradasınız? Biz fəlakət olmasın deyə sülh istəyirik. Soydaşlarımız görürlər ki, dünya düzənində dəyişikliklər var və bizimlə bağlı problemlərdən qat-qat artıq qlobal problemlər var. Çoxları dünyada baş verən bu dəyişikliklər kontekstində bir çox suallara cavab tapır”.


Вернуться назад