Главная > Dünya > Paşinyanın şok kəşfiyyat siyasəti - Nahapetyan sirləri açdı
Paşinyanın şok kəşfiyyat siyasəti - Nahapetyan sirləri açdı28-10-2023, 09:16. Разместил: admin |
"Paşinyan iki ay müddətinə Aİ müşahidəçilərini gətirdi, sonra onların müddəti uzadıldı, lakin onların hamısı xüsusi xidmət orqanlarının nümayəndələri, kəşfiyyatçılar idi. Qondarma erməni-amerikan təlimləri zamanı Ermənistana Pentaqonun 101-ci diviziyasının xüsusi təyinatlıları gəldi, neçə nəfərin qalması başqa məsələdir, Ermənistanda Xilasetmə Xidmətinin əməkdaşları da var idi, onlar da NATO-nun nümayəndələri idi". Bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib. Onun sözlərinə görə, Paşinyan faktiki olaraq tədricən Ermənistana NATO üzvü olan ölkələrdən müxtəlif kadrları dəvət edir, onlar İrəvanda müəyyən funksiyaları yerinə yetirməlidirlər və bu, məxfilik adı altındadır. "Fransa ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişə gəlincə, Ermənistan təkcə silah almır, müqavilədə hərbi təhsil müəssisələrinin zabit və çavuşları ilə də işləmək nəzərdə tutulur. İştirakın təkcə hərbi-texniki deyil, həm də təhsil və kadr komponenti olduğu aydın deyilmi?", - Nahapetyan bildirib. Вернуться назад |