Главная > Dünya > Baydendən Xameneiyə: Hazır ol, vurarıq
Baydendən Xameneiyə: Hazır ol, vurarıq26-10-2023, 12:26. Разместил: admin |
İran İslam Respublikası onlar tərəfindən dəstəkləndiyi iddia edilən qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumlarının davam edəcəyi təqdirdə ABŞ-nin mümkün cavabına hazır olmalıdır. Belə bir bəyanatla ABŞ prezidenti Co Bayden Avstraliyanın baş naziri Entoni Albanese ilə Ağ Evdə aparılan danışıqlardan sonra birgə mətbuat konfransı zamanı çıxış edib. “İran lideri Ayətullah Əli Xameneiyə xəbərdarlığım ondan ibarət idi ki, əgər onlar bu hərbi qüvvələrə qarşı fəaliyyətlərini davam etdirsələr, biz cavab verəcəyik. Və o buna hazır olmalıdır”, - Bayden bildirib. O qeyd edib ki, Amerika qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq və onun bərpasının qarşısını almaq üçün çalışırlar. Baydenin sözlərinə görə, bunun İsraillə heç bir əlaqəsi yoxdur. Вернуться назад |