Главная > Dünya > Saakaşvilidən İrəvana təklif: Zəngəzur Azərbaycana icarəyə verilsin

Saakaşvilidən İrəvana təklif: Zəngəzur Azərbaycana icarəyə verilsin


25-10-2023, 11:13. Разместил: admin
Saakaşvilidən İrəvana təklif: Zəngəzur Azərbaycana icarəyə verilsin


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Zəngəzur dəhlizinin açılması ilə bağlı tamamilə fərqli bir ideya ilə çıxış edib. Saakaşvili Ermənistan hakimiyyətinə dəhlizin keçdiyi ərazini Azərbayana icrayə verməyi təklif edib.

Saakaşvili bununla bağlı Ukrayna-Moldova praktikasını da misal çəkib. 

“Mən Azərbaycan və Ermənistan rəhbərliyini mümkün nümunə kimi Ukrayna və Moldova arasında mövcud sazişi nəzərdən keçirməyə təşviq etmək istərdim. İki ölkə bir-birinin sərhədlərini qarşılıqlı tanıyaraq müsbət qonşuluq münasibətlərini qoruyur. Ukraynanın Odessa şəhərindən Odessa vilayətinin cənub hissəsinə çıxış tələb etdiyi bir ssenaridə Moldova Dnestr bölgəsindən keçən yolu icarəyə götürməyə razılıq verdi. Keçmiş Odessanın qubernatoru kimi, Ukraynanın Bessarabiyasına girmək lazım olanda tez-tez Ukrayna sərhədçilərinin nəzarəti altında bu icarəyə götürülmüş yoldan (onu təmir etmişəm) istifadə edirdim. Moldova bu sazişdən kommersiya baxımından faydalanır.

Azərbaycan və Ermənistan arasında vəziyyətin oxşar həllini tətbiq etmək hər iki ölkə üçün faydalı olardı. Ermənistan kommersiya və maliyyə faydaları, həmçinin mühüm tranzit yollarına çıxış əldə edə bilər. Bu da son nəticədə iki ölkə arasında dinc yanaşı yaşamağa gətirib çıxaracaq”, - Saakaşvili qeyd edib.


Вернуться назад