Главная > Dünya > Rusiya XİN: "ABŞ Fələstin-İsrail münaqişəsinin eskalasiyasına səbəb olub"
Rusiya XİN: "ABŞ Fələstin-İsrail münaqişəsinin eskalasiyasına səbəb olub"20-10-2023, 09:42. Разместил: admin |
ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Fələstin və İsraillə bağlı qətnamə layihəsinə veto qoyması Vaşinqtonun regiondakı həqiqi istəklərini göstərir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, ABŞ-nin uğursuz siyasəti Fələstin-İsrail münaqişəsinin hazırkı fəlakətli eskalasiyasına səbəb olub. "BMT Təhlükəsizlik Şurası Rusiya qətnaməsini qəbul etsəydi, Qəzzada xəstəxanaya hücumun qarşısını almaq olardı", - deyə bəyanatda vurğulanıb. O da bildirilib ki, İsrailin özünümüdafiə hüququ heç də ayrı-seçkilik olmadan kütləvi qisas almaq üçün lisenziya demək deyil. Вернуться назад |