Главная > Dünya > HƏMAS azərbaycanlıları girov götürüb? - RƏSMİ AÇIQLANMA - FOTO
HƏMAS azərbaycanlıları girov götürüb? - RƏSMİ AÇIQLANMA - FOTO16-10-2023, 14:16. Разместил: admin |
HƏMAS-ın hər hansı azərbaycanlını girov saxlaması barədə məlumatlar təsdiqini tapmayıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, yayılan məlumatla əlaqədar Azərbaycanın İsraildəki səfirliyi araşdırma aparır. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Hücum İsraillə Fələstin arasında genişmiqyaslı toqquşma ilə müşayiət olunur. Döyüşlər davam edir. Hadisələr zamanı, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir. Həlak olan 7 nəfərin adlarını xatırladırıq: Şamil Abbasov (İsrail vətəndaşı); Emin Axundov (İsrail vətəndaşı); İlkin Nəzərov (Azərbaycan vətəndaşı); Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir); Roman Gandel (İsrail vətəndaşı); Eden Abdullayeva (İsrail vətəndaşı); Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir). Вернуться назад |