Главная > Dünya > Ermənilər Rusiya toylarında meyxana, muğam oxuyur - Erməni bloger əsəbiləşdi
Ermənilər Rusiya toylarında meyxana, muğam oxuyur - Erməni bloger əsəbiləşdi10-10-2023, 14:48. Разместил: admin |
Rusiyada Ermənistan və Qarabağ erməniləri bilirsinizmi hansı mahnıları oxuyur? Erməni müğənni Rostovda, Krossnadarda meyxana, muğam ifa edir. Bunu məşhur erməni bloger Roman Baqdasaryan videomüsahibəsində bildirib. O, qəzəbli şəkildə Rusiyada yaşayan erməni icma rəhbərlərinə sərt şəkildə iradını bildirib: "Heç bilirsinizmi, erməni qonaqlar meyxana sədaları altında necə zövqlə oynadığını bilirsinizmi? Bu şəhərlərin heç bir erməni icmasının nümayəndəsi demir ki, biz niyə meyxana ifa edirik. Erməni toylarında meyxananın nə işi var? İcma rəhbərləri toyda olan zaman meyxana və muğamı eşidir, amma heç bir irad bildirmir bu kababçı müğənniyə. Deməlidir ki, sən, ümumiyyətlə, nə edirsən axı? Azərbaycan musiqisinin təbliğatını aparırsan". Вернуться назад |