Главная > Dünya > Bədbəxtik, günah özümüzdədir – Erməni kilsəsindən şok etiraflar
Bədbəxtik, günah özümüzdədir – Erməni kilsəsindən şok etiraflar10-10-2023, 11:21. Разместил: admin |
“Görünür, bizim bədbəxtliklərimizə görə hamını günahlandırmaq, mürəkkəb geosiyasi situasiyalara istinad edərək müxtəlif ölkələrin şərikliyini qeyd etmək bizim üçün acınacaqlı bir ənənə halını alıb. Lakin təəssüflər olsun ki, bütün obyektiv iddiaların və zərurətin əksinə olaraq, müsibətlərin səbəblərinin bizə aid olan hissəsini, nöqsanlarımızı, səhvlərimizi, günahlarımızı araşdırıb və onu aydın şəkildə göstərəndə özümüzə çətin gəlirik”. Bunu Eçmiədzinin diplomatı arxiyepiskop Arşak Xaçatryan erməni mediasına müsahibəsində deyib. “Təəssüf ki, biz vahid cəmiyyət, kimlik ətrafında birləşən insanlar formalaşdıra bilmirik. Bu gün də o uğursuz və bədnam əməl davam edir. Bir tərəfdən Rusiyanı, digər tərəfdən isə beynəlxalq ictimaiyyəti heç bir əsas olmadan günahlandırırıq. Amma, əslində, günahın böyük və əsas payı bizə aiddir. Heç kim əlimizdən tutmayıb ki, biz qüdrətli ölkə quraq. Bunu bizə heç kim qadağan etməyib. Ona görə də dərindən əminəm ki, biz özümüz bu faciələrin səbəbini öz içimizdə axtarmalıyıq”, - o qeyd edib. Son dövrlərdəki erməni cəmiyyətində vüsət alan anti-Rusiya meyillərini şərh edən Xaçatryan deyib ki, bu isteriyanı anlaşılmaz hesab edir: “Rusu yetərincə erməni olmamaqda ittiham etmək yersizdir. Rusiya böyük fövqəldövlətdir, onun öz geosiyasi maraqları var. Əlbəttə, mən özümü politoloq kimi göstərmirəm, amma mənə elə gəlir ki, bütün bunları başa düşmək üçün ezoterik biliklərə ehtiyac yoxdur. Biz öz maraqlarımızı üstün tutmağı, öz maraqlarımızı qeyd etməyi, dövlətçiliyimizin qorunub saxlanmasını təmin edə biləcək güclərlə müqayisə etməyi bacarmalıyıq”. Bakıda həbsdə olan terrorçuların azad olunması istiqamətində İrəvanın hansısa ciddi addım ata biləcəyinə gəldikdə o deyib: “Heç bir gözə çarpan cəhd görmürəm. Olsa belə, indiki iqtidarların belə bir problemə müdaxilə etmək üçün o qədər qabiliyyəti, təsiri, çəkisi varmı? Deməkdə çətinlik çəkirəm. Təəssüflər olsun biz xalq olaraq elə bir vəziyyətə düşmüşük ki, bizim iştirakımız olmadan gələcək həyatımızın, gələcəyimizin ssenariləri hazırlanır. İndi bu şərtlər daxilində onların təsir etmək şansı varmı? Bizim hakimiyyət orqanlarının bu cür problemləri həll etməyə qadir olduğuna qəti şübhəm var”. Erməni cəmiyyətinin üzləşdiyi böhrandan çıxmaqda kilsədən olan gözləntilərinə gəldikdə isə Xaçartyan deyib ki, bu, çox şişirdilir: “Əslində, kilsənin belə bir vəziyyətdə siyasi fəaliyyət göstərmək praktikası yoxdur. Hesab edirəm ki, kilsənin bu cür proseslərdə birbaşa iştirakı son dərəcə mürəkkəb və yeni problemlər yarada bilər. Hər şey o qədər də birmənalı deyil. Belə bir hərəkətə və təşəbbüsə başlamazdan əvvəl son dərəcə diqqətli olmaq və çox incə davranmaq lazımdır”. Вернуться назад |