Главная > Dünya > Ərdoğan: Zəngəzur dəhlizi açılarsa Türkiyə Ermənistanla münasibətləri inkişaf etdirməyə hazırdır
Ərdoğan: Zəngəzur dəhlizi açılarsa Türkiyə Ermənistanla münasibətləri inkişaf etdirməyə hazırdır10-10-2023, 09:00. Разместил: admin |
Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir. APA-nın yerli bürosunum xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib. O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır. Ərdoğan, həmçinin, İranı “regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə ( Zəngəzur dəhlizinin açılması -red.) birlikdə hərəkət etməyə” çağırıb. Вернуться назад |