Главная > Dünya > XİN: Ukrayna ərazilərini güzəştə getməyəcək
XİN: Ukrayna ərazilərini güzəştə getməyəcək2-10-2023, 09:09. Разместил: admin |
Ukrayna Xarici İşlər Nazirliyi NATO-ya üzvlük müqabilində ərazi güzəştlərini istisna edib. Bunu xarici işlər nazirinin müavini Yevgeni Perebeynis deyib. Nazir müavininin sözlərinə görə, Kiyev Qərb tərəfdaşlarından və NATO-dan Şimali Atlantika Alyansına qoşulmaq müqabilində öz ərazilərini verməklə bağlı heç bir təklif almayıb. “Ukrayna öz ərazilərini heç bir şey müqabilində alqı-satqı predmeti etməyəcək”, - diplomat vurğulayıb. Вернуться назад |