Главная > Dünya > Denis Şmıqal: Ukraynaya gələn il 42 milyard dollar Qərb dəstəyi lazım olacaq

Denis Şmıqal: Ukraynaya gələn il 42 milyard dollar Qərb dəstəyi lazım olacaq


20-09-2023, 09:55. Разместил: admin
Denis Şmıqal: Ukraynaya gələn il 42 milyard dollar Qərb dəstəyi lazım olacaq


2024-cü ildə Kiyevin 42 milyard dollar Qərb dəstəyinə ehtiyacı var ki, bu da gələn il üçün büdcə layihəsindəki kəsirə uyğundur.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu vəsait Avropa İttifaqının “Ukraine Facility” proqramları, Beynəlxalq Valyuta Fondu, həmçinin Birləşmiş Ştatlar və Ukraynanın digər dostları tərəfindən ödənilə bilər.

Ukrayna hökuməti növbəti il üçün büdcə layihəsini 1,55 trilyon qrivna (42 milyard dollar) kəsirlə təsdiqləyib. Kəsir büdcə xərclərinin demək olar yarısını təşkil edir. Bununla yanaşı, büdcəsinin yarıdan çoxu -1,685 trilyon qrivna (46 milyard dollar) hərbi ehtiyaclara yönəldilib ki, bu da cari ildə həmin məqsədlər üçün ayrılan vəsaitdən 113 milyard qrivna (3 milyard dollar) çoxdur.

Ukrayna hökuməti artıq 2023-cü ildə rekord həcmdə kəsirin olduğu büdcəni təsdiqləmişdi. Kiyev bildirmişdi ki, yalnız hərbi xərcləri qarşılıya bilər, digər sahələr isə qərbli müttəfiqlərin yardımı hesabına maliyyələşməlidir.


Вернуться назад