Главная > Dünya > Amerikalı senator: Azərbaycan bizim üçün vacib ölkədir

Amerikalı senator: Azərbaycan bizim üçün vacib ölkədir


15-09-2023, 10:54. Разместил: admin
Amerikalı senator: Azərbaycan bizim üçün vacib ölkədir

“Biz həm Azərbaycanla, həm də Ermənistanla güclü strateji əlaqələrə malik olmaq istəyirik. Ermənistanla Rusiya arasında münasibətlərin geriləməsi fonunda bizim buna nail olmaq imkanımız var”.

Bunu amerikalı senator Ben Kardin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı deyib.

“Bu, mübahisəli ərazidə problemləri həll edərkən dəyərlərimizə sadiq olub-olmamağımız önəmlidir. Birləşmiş Ştatlar humanitar yardıma görə dəhliz açmaq üçün addımlar atmalıdır. Bununla belə, ilk növbədə nə istədiyimizi başa düşməliyik. Azərbaycan bizim üçün vacib ölkədir, lakin prezident Baydenin dediyi kimi, biz öz dəyərlərimizi rəhbər tutmalıyıq”, - senator qeyd edib.

O əlavə edib ki, ABŞ həm Ermənistan, həm də Azərbaycanla strateji əlaqələri inkişaf etdirməlidir.


Вернуться назад