Главная > Dünya > İngilis jurnalist BQXK-ni qınadı: “Bu, Azərbaycanın suveren hüququdur”

İngilis jurnalist BQXK-ni qınadı: “Bu, Azərbaycanın suveren hüququdur”


12-09-2023, 11:54. Разместил: admin
İngilis jurnalist BQXK-ni qınadı: “Bu, Azərbaycanın suveren hüququdur”


Beynəlxalq Qızıl Xaç Komitəsi öz səlahiyyətlərini aşaraq Azərbaycanın suverenliyi ilə bağlı məsələlərə müdaxilə edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin ermənilər üçün qaçaqmalçılıqla necə məşğul olduğunun şahidi olduq.

Bunu ingilis jurnalist Nil Votson deyib.

O bildirib ki, Azərbaycan Laçın-Xankəndi yolunda Laçın sərhəd-keçid məntəqəsini yaradıb ki, bu da onun suveren hüququdur.

“Ermənilərə humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu təklif olunur.

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinə xələl gətirə biləcək addımlardan çəkinməlidir, çünki əks halda bu, region üçün çox ciddi təhlükə yarada bilər və hətta uzun müddət davam edə bilər”, - deyə ingilis jurnalist söyləyib.


Вернуться назад