Главная > Dünya > İsrail mediası: Xamenei Zəngəzur dəhlizi ilə bağlı şəxsən tapşırıq verib
İsrail mediası: Xamenei Zəngəzur dəhlizi ilə bağlı şəxsən tapşırıq verib11-09-2023, 13:47. Разместил: admin |
İran silahla təmin etmək və İrəvana dəstək verməklə Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırır. Bu barədə İsrailin i24 onlayn televiziya kanalı yazır. Sayt Rusiya mənbələrinə istinadən yazır ki, Tehran İrəvanla razılaşaraq öz silahlı qüvvələrini Ermənistan ərazisinə daxil edə bilər. Səbəb Tehranın Zəngəzur dəhlizinin yaradılmasından qorxmasıdır ki, bu da “İranın Ermənistanla əlaqəsini kəsəcək, bununla da həm İslam Respublikasına, həm də İslam Respublikasından gizli tədarük üçün əsas kanalı pozacaq”. Nəşr qeyd edir ki, İranın Ali Rəhbəri Xamenei şəxsən göstəriş verib ki, ehtiyac duyularsa, Ermənistanı dəstəkləmək və dəhlizin yaradılmasının qarşısının alınması üçün İran Silahlı Qüvvələri müdaxilə etsin. Zəngəzur dəhlizi uzunluğu təxminən 40 km olan nəqliyyat dəhlizi layihəsidir. Bu marşrutun Azərbaycanın qərb rayonları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin yaradılması məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Bu, Türkiyədən Azərbaycana, oradan isə Xəzər dənizi vasitəsilə Orta Asiya və Çinə birbaşa quru yolu yaradır. Вернуться назад |