Главная > Dünya > KİV: Peskov üç həftədir ki, ictimaiyyət arasında görünmür
KİV: Peskov üç həftədir ki, ictimaiyyət arasında görünmür22-08-2023, 09:33. Разместил: admin |
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov üç həftədir ki, brifinq vermir və ictimaiyyət arasında görünmür. Buna Rusiyanın “Brief” nəşri diqqət yetirib. Peskovun jurnalistlər üçün sonuncu brifinqi avqustun 4-də keçirdiyi vurğulanır. “Rusiya prezidentinin mətbuat katibi “The New York Times” qəzetinə verdiyi müsahibəsində “Rusiyada prezident seçkisi əsl demokratiya deyil, bahalı bürokratiyadır” dedikdən sonra ictimai sahədən yoxa çıxıb”, - deyə nəşr “Telegram” kanalında iddia edir. Qeyd edək ki, Peskov amerikalı jurnalistin onun sözlərini təhrif etdiyini bildirmişdi. Вернуться назад |