Главная > Dünya > Ukraynada qalanların sayı 19 milyondur - Medvedçuk
Ukraynada qalanların sayı 19 milyondur - Medvedçuk16-08-2023, 10:26. Разместил: admin |
Çətin həyat şəraiti və qanun pozuntularına görə xaricə üz tutan Ukrayna vətəndaşlarının sayı arta bilər. Bu sözləri Rusiyaya sığınan ukraynalı siyasətçi Viktor Medvedçuk deyib. Onun sözlərinə görə, 2023-cü ilin əvvəlində Kiyevin nəzarətindəki ərazilərdə əhalinin sayı 19,4 milyon nəfər olub: “Gedənlərin sayı isə 18.1 milyondur. Məlumatlara görə, təkcə son 6 ayda 188 min insan ölkədən gedib. Qaçqın axını isə dayanmır. Bu templə payıza qədər ölkədən gedən və ölkədə qalan ukraynalıların sayı bərabərləşəcək. Fərq hələ ki, 1 milyondur. Ardınca isə gedənlərin sayı qalanları keçməyə başlayacaq”. Вернуться назад |