Главная > Dünya > Şirazda törədilən hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb
Şirazda törədilən hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb14-08-2023, 09:16. Разместил: admin |
İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər. “Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Press TV-nin məlumatına görə, hücum edənlərin sayı 2 nəfər olub. Onlardan biri hücumdan dərhal sonra saxlanılıb, ikincisi isə ərazidən uzaqlaşıb. Xatırladaq ki, İran KİV-də 4 nəfər öldüyünə dair məlumat yayılsa da, yerli orqanlar hələlik ancaq bir itkini təsdiqləyiblər. İran rəsmiləri bu hücumu terror aktı kimi qiymətləndiriblər. Вернуться назад |