Главная > Dünya > Putin Trampa görə müharibəni prezident seçkisinə qədər uzatmağa çalışır – CNN
Putin Trampa görə müharibəni prezident seçkisinə qədər uzatmağa çalışır – CNN5-08-2023, 10:16. Разместил: admin |
Rusiya prezidenti Vladimir Putin özü üçün məqbul şərtlərə nail olmaqdan ötrü Ukraynadakı döyüşləri 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər uzatmağı planlaşdırır. Qaynarinfo xəbər verir ki, bu barədə CNN Qərb rəsmilərinə istinadən məlumat yayıb Kəşfiyyat məlumatlarına çıxışı olan adı açıqlanmayan ABŞ rəsmisi CNN-ə bildirib ki, Kremlin rəhbəri 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın qalib gələcəyinə ümid edir. "Putin bilir ki, Tramp ona kömək edəcək. Bunu həm ukraynalılar, həm də avropalı tərəfdaşlarımız bilirlər”, - anonim mənbə bildirib. Avropa diplomatik dairələrindən başqa bir mənbə bildirib ki, Putinin planı Ukraynaya qarşı tammiqyaslı təcavüzü 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər uzatmağa çalışmaqdan ibarətdir. Adının açıqlanmasını istəməyən CNN-ə danışan rəsmilər hesab edirlər ki, Putin Trampın və ya başqa bir respublikaçı namizədin qələbəsini ABŞ-ın Ukraynaya dəstəyindən imtina edilməsi üçün stimul kimi qiymətləndirə bilər. CNN mənbələri həmçinin bildirirlər ki, Putinin diqqətini qarşıdan gələn prezident seçkilərinə yönəltməsi ABŞ-a "Bayden administrasiyasının daima bəyan etdiyi Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsinin daha da vacib olduğuna” işarədir. Вернуться назад |