Главная > Dünya / Video > Krımda silah anbarı partladı, hərbi poliqon yanır - VİDEO

Krımda silah anbarı partladı, hərbi poliqon yanır - VİDEO


19-07-2023, 12:51. Разместил: admin
Krımda silah anbarı partladı, hərbi poliqon yanır - VİDEO


Krımda hərbi poliqonda  silah-sursat anbarında yanğın baş verib, Taviridə avtomobil yolunun bir hissəsi bağlanıb. 

Bu barədə Krımın "rəhbəri" Sergey Aksenov teleqram kanalında məlumat verib.

Hərbi poliqonda yanğınların və fövqəladə halların aradan qaldırılması üçün operativ qərargah yaradılıb.

Aksenovun sözlərinə görə, yanan poliqonun yaxınlığında yerləşən 4 yaşayış məntəqəsindən 2000-dən çox insanın təxliyəsi planlaşdırılır. 

"Mash" Teleqram kanalının məlumatına görə isə Krımın Kirovski rayonu Alekseevka kəndi yaxınlığındakı poliqonda silah-sursat anbarı yanır. Yerli sakinlər iki saat ərzində yanğın yerindən beş kilometr radiusda partlayış səsləri eşitdiklərini bildiriblər. Partlayış nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilmir.

<embed width="640" height="360" src="https://player.olke.az?v=19867&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


Вернуться назад