Главная > Dünya > İraqla Suriya arasında 12 il sonra bir ilk
İraqla Suriya arasında 12 il sonra bir ilk18-07-2023, 10:16. Разместил: admin |
İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilk dəfə Suriyaya səfər edib. Xarici KİV xəbər verir ki, baş nazir bazar günü Dəməşqdə Suriya Preziudenti Bəşər Əsədlə görüşüb. Görüşdə İraq və Suriya arasında ikitərəfli əlaqələr, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, İŞİD terror təşkilatı ilə mübarizə məsələləri müzakirə edilib. İki lider görüşdən sonra təşkil etdikləri mətbuat konfransında birgə açıqlamalar verib. “Biz Suriyanı dəstəkləyirik və qapımız investisiyalar üçün açıqdır”, - deyə Sudani söyləyib. İraqın baş naziri həmçinin bəyan edib ki, İraq ABŞ və Avropa ölkələrinin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvini dəstəkləyir. İraqla Suriya arasındakı iqtisadi əlaqələri və güclənməsini qiymətləndirdiklərini deyən Bəşər Əsəd isə Sudaninin səfərinin mühüm nəticələri olacağını bildirib. Qeyd edək ki, Sudani Suriyada vətəndaş müharibəsi başlayan 2011-ci ildən bəri Suriyaya səfər edən ilk İraq baş naziri olub. Вернуться назад |