Главная > Dünya > Medvedyev: Qeyri-insani silahı işə salmağın vaxtıdır

Medvedyev: Qeyri-insani silahı işə salmağın vaxtıdır


12-07-2023, 11:34. Разместил: admin
Medvedyev: Qeyri-insani silahı işə salmağın vaxtıdır


NATO-nun Ukraynaya silah yardımını artırmaq qərarından sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Üçüncü Dünya Müharibəsi yaxınlaşır. 

O bu fikri öz teleqram kanalında Vilnüsdə keçirilən NATO Liderlər Zirvəsininin yekunu ilə bağlı yazılı açıqlamada yazıb.

“NATO sammitinin ilkin nəticələri. Hər şey düşündüyümüz kimidir. Kiyevə hərbi yardımı artırmaq. Mümkün olan hər şeylə: raketlərlə, kaset mərmilərlər, təyyarələrlə. Tamamilə dəlicəsinə... Qərb başqa heç nə ağlına gətirə bilmədi. Ən yüksək səviyyədə axmaqlıq... Əslində, çıxılmaz bir nöqtə. Üçüncü Dünya Müharibəsi getdikcə yaxınlaşır ”, - Medvedev qeyd edib.

"Onlar məlumat verdilər ki, Tokmak kasetli sursatlarla atəşə tutulub. Beləliklə, bu qeyri-insani silahları üzə çıxarmağın vaxtı çatıb", - o bildirib.


Вернуться назад