Главная > Dünya > Maskdan Kiyevə xəbərdarlıq: Ukrayna daha çox ərazi itirə bilər
Maskdan Kiyevə xəbərdarlıq: Ukrayna daha çox ərazi itirə bilər11-07-2023, 12:05. Разместил: admin |
Ukraynanın əks-hücum əməliyyatlarından danışan Amerikalı milyarder və ixtiraçı, SpaceX və Tesla şirkətlərinin banisi İlon Mask hesab edir ki, Kiyev düzgün taktika yürütməzsə, o zaman daha çox ərazi itirə bilər və uğursuzluğa düçar olar. Mask bu barədə öz tviter səhifəsində yazıb. O yazıb ki, Ukraynanın əks-hücumunun “uğursuzluğu” halında Rusiya daha da çox əraziləri işğal edə biləcək. “Hansı tərəf güclü möhkəmləndirilmiş mövqelərə hücum etsə, o, daha çox əsgər itirəcək. Bundan əlavə, Rusiya Ukraynanı 4:1 üstələyir”, -Mask hesab edir. O həmçinin hesab edir ki, Ukraynanın hücumu uğursuz olarsa, Rusiya əks-hücum zamanı daha çox ərazini ələ keçirəcək. Milyarderin fikrincə, Ukrayna silahlı qüvvələrini genişmiqyaslı əks-hücumdan qoruyan məhz bu amildir. Вернуться назад |