Главная > Dünya > Fransada 6 minə yaxın insan küçələrə axışdı
Fransada 6 minə yaxın insan küçələrə axışdı10-07-2023, 11:59. Разместил: admin |
Fransada 6 minə yaxın insan polis zorakılığına etiraz etmək üçün küçələrə çıxıb. İyulun 8-də ölkə boyu 30-a yaxın nümayiş təşkil olunub. Ən böyük aksiya polis prefekturasının qadağasına baxmayaraq Parisdə keçirilib. 2 minə yaxın insanın nümayişdə iştirak edib. İyunun 27-də Paris ətrafında 17 yaşlı müsəlman əlcəzairlinin polis əməkdaşı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi məlum olub. Hadisədən sonra bütün Fransada iğtişaşlar başlayıb. 3000-dən çox nümayişçi saxlanılıb. Вернуться назад |