Главная > Dünya > Türkiyə prezidenti: Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz
Türkiyə prezidenti: Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz4-07-2023, 09:00. Разместил: admin |
"İsveçdə Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz. Bu nifrət cinayətinin polisin himayəsi altında törədilməsi çox ağırdır”. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib. O qeyd edib ki, İsveç NATO-ya daxil ola bilməsi üçün islamafobiya və terrorizmin təbliğatına icazə verməməlidir. Bundan əlavə, İsveç Türkiyə qarşısında üzərinə götürən bütün digər öhdəlikləri də yerinə yetirməlidir. Вернуться назад |