Главная > Dünya > Rusiya Ukrayna şəhərini “İsgəndər”lə vurdu: Ölənlərin sayı artdı
Rusiya Ukrayna şəhərini “İsgəndər”lə vurdu: Ölənlərin sayı artdı29-06-2023, 09:06. Разместил: admin |
Rusiya ordusunun Kramatorska raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bu barədə Kramatorsk meri Aleksandr Qonçarenko bildirib. Məlumatı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib. “İyunun 28-i saat 17:00-a olan məlumata görə, dağıntılar altından 11 nəfərin (o cümlədən 3 uşağın) meyiti çıxarılıb”, - DİN-dən bildirilib. Ölənlərdən ikisi 15 yaşına çatmayan əkiz bacılar Anna və Yuliya Aksençenkolardır. Həmçinin, hadisə nəticəsində 61 nəfər yaralanıb. Xatırladaq ki, Kramatorska raket hücumu iyunun 27-də həyata keçirilib. Rusiya qüvvələri çox sayda insanın olduğu kafeni atəşə tutublar. Hücum yanğına səbəb olub. Вернуться назад |