Главная > Dünya > Voronejdə Rusiya ordusu silahı yerə qoydu - FOTO
Voronejdə Rusiya ordusu silahı yerə qoydu - FOTO24-06-2023, 12:32. Разместил: admin |
Voronej vilayətinin Buqayevka sərhəd-keçid məntəqəsində 180 nəfər rusiyalı hərbçi silahı yerə qoyub və “Vaqnerçi”lərin hərəkətinə mane olmayacaqlarını bəyan ediblər. Əlavə edək ki, hazırda “Vaqner” özəl hərbi şirkəti Rusiyanın Voronej şəhərində bütün hərbi obyektlərə nəzarəti ələ keçirib. Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan edib. “Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar. Вернуться назад |