Главная > Dünya > Kaxovka SES-in partladılmasının əsas SƏBƏBİ
Kaxovka SES-in partladılmasının əsas SƏBƏBİ7-06-2023, 10:42. Разместил: admin |
Kaxovka SES-in partladılmasının məqsədi rusların Ukrayna qüvvələrinin Dnepr çayının sol sahilinə Xerson vilayətinə enməsinin qarşısını almaq istəyi olub. Bu barədə İSW-nin hazırladığı hesabatda qeyd olunub. "Rusiya daşqını onsuz da mürəkkəb su hövzəsi olan Dnepr çayını genişləndirməklə Ukraynanın əks-hücum cəhdlərini çətinləşdirmək və maneə olmaq üçün istifadə edə bilər. Rusiya mənbələri Ukraynanın çayı keçməyə və Xerson vilayətinin şərqində əks-hücuma keçməyə hazırlaşması ehtimalından güclü və birmənalı narahatlığını ifadə edib”, - hesabatda deyilir. İSW hesab edir ki, su daşqınları Ukraynanın əks-hücum əməliyyatına elə də ciddi təsir etməyəcək. “Sel daşqınları ancaq hücum əməliyyatları həyata keçirilən ərazilərdə öz təsirini göstərə bilər”, - hesabatda deyilir. Hesabatda o da qeyd olunub ki, əks-hucüm əməliyyatının qarşısını almaq və ya ona mane olmaq baxımından su bəndinin partladılması Rusiyaya sərf edir. Вернуться назад |