Главная > Dünya > ABŞ-də bir ilk: Əhaliyə "TikTok" bu səbəbdən qadağan edildi

ABŞ-də bir ilk: Əhaliyə "TikTok" bu səbəbdən qadağan edildi


18-05-2023, 14:28. Разместил: admin
ABŞ-də bir ilk: Əhaliyə "TikTok" bu səbəbdən qadağan edildi


ABŞ-ın Montana ştatında "TikTok" onlayn platformasının fəaliyyəti dayandırılıb.

Xarici KİV xəbər verir ki, bununla da Montana "TikTok"u ölkədə ilk qadağan edən ştat olub.

Ştatın qubernatoru Qreq Gianforte montanalıların şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün belə bir qərar verdiyini deyib.

"Çin Kommunist Partiyası "TikTok"dan amerikalılara qarşı casusluq etmək və onların şəxsi məlumatlarını toplamaq üçün istifadə edir", - deyə qubernator söyləyib.

"TikTok" sözçüsü Bruk Obrvettə isə açıqlamasında qərarı "qanunsuz" adlandırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin qərarı ilə federal qurumlara aid cihazlarda "TikTok" istifadəsi qadağan edilib.


Вернуться назад