Главная > Dünya > Ermənistan yaralı hərbçilərinin sayını "yavaş-yavaş" açıqlayır - Say artdı
Ermənistan yaralı hərbçilərinin sayını "yavaş-yavaş" açıqlayır - Say artdı12-05-2023, 16:02. Разместил: admin |
Ermənistan Müdafiə Nazirliyi Zod istiqamətində daha iki hərbçisinin yaralandığını açıqlayıb. Onlardan birinin vəziyyətinin ağır qiymətləndirilir. Görünür, dünənki “itkisizlik” dedikləri özünü hiss etdirməyə başlayıb. Ötən gün Ermənistan tərəfi cəmi 4 hərbçisinin yaralandığını bildirmişdi. Azərbaycan ordusunun düşmənin mövqelərini darmadağın etdiyini əks etdirən görüntülərdən sonra bu açıqlamanın nə qədər real olmadığı ortaya çıxır. Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Вернуться назад |