Главная > Dünya > Ərdoğan: "Türkiyədə yeni konstitusiya qəbul olunacaq"
Ərdoğan: "Türkiyədə yeni konstitusiya qəbul olunacaq"10-05-2023, 14:24. Разместил: admin |
“Türkiyəni milli iradə ilə hazırlamış yeni konstitusiya ilə qovuşdurmaq istəyirik”. “Report” xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq: “Türkiyənin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq”. R.T.Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları ehtiva edəcək. Вернуться назад |