Главная > Dünya > İsveç Quranı yandıran barəsində həbs qərarı verdi
İsveç Quranı yandıran barəsində həbs qərarı verdi5-05-2023, 10:02. Разместил: admin |
İsveç Prokurorluğu ifrat sağçı, İslama qarşı düşmən münasibəti ilə tanınan, Türkiyə səfirliyi önündə “Qurani-Kərim”i yandıran Rasmus Pauldanın qiyabi həbsi ilə bağlı qərar çıxarıb. Bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb. Belə ki, R.Pauldan İsveç sərhədini keçən anda hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaq. Qeyd edək ki, R.Pauldan Türkiyənin İsveçdə və Danimarkadakı səfirlikləri qarşısında Quranı yandıraraq böyük gərginliyə səbəb olmuşdu. Hazırda o, Danimarkada yaşayır.(axar.az) Вернуться назад |