Главная > Dünya > Braziliyanın 64 şəhərində sel fəlakəti - VİDEO
Braziliyanın 64 şəhərində sel fəlakəti - VİDEO11-04-2023, 12:17. Разместил: admin |
Braziliyanın şimalında Maranha əyalətinin 64 şəhərində leysan yağışları səbəbi ilə fövqəladə vəziyyət elan edilib. Xarici KİV xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər həlak olub. .Həmçinin, 7700 ailə evsiz qalıb, 35 mindən çox insan təxliyə edilib. Prezident Luiz İnasio Lula da Silva seldən ən çox zərər çəkən Bakabal məhəlləsinə baş çəkib: “Xəsarət alan insanlarla məşğul olmalıyıq. İnsanlar yataq istəyir, su istəyir və onları rahatlaşdırmaq üçün hər şey istəyir. Hökumət olaraq bunlar edə biləcəyimiz şeylərdir”,- deyə o əlavə edib. Xatırladaq ki, ən son Braziliyanın San-Paulu ştatında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 65 nəfər ölüb, 2000-dən çox insan evsiz qalıb. <embed width="640" height="360" src="https://player.olke.az?v=16727&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed> Вернуться назад |