Главная > Dünya > Fransada hər 2 gündə 1 qadın öldürülür
Fransada hər 2 gündə 1 qadın öldürülür25-11-2022, 10:00. Разместил: admin |
Fransa Statistika Agentliyinin dərc etdiyi hesabatda ölkədə hər 2 gündə 1 qadının öldürüldüyü məlum olub. Xarici KİV xəbər verir ki, ölkədə 2022-ci ilin əvvəlindən 121 qadın öldürülüb. Öldürülən qadınların 86-nın öz evində hücuma məruz qaldığı, 54-nün isə zorakılıq və ya ayrılıq səbəbiylə qətl edildiyi bildirilir. Həyatını itirən qadınların 63-nün ana olduğu, 6-nın isə uşaqları ilə birlikdə öldürüldüyü məlum olub. Həmçinin, qətlə yetirilən qadınlardan 2-nin 5 və 8 aylıq hamilə olduğu qeydə alınıb. 2022-ci ildə Fransada törədilən qadın cinayətləri nəticəsində 129 uşaq yetim qalıb.(qafqazinfo) Вернуться назад |