Главная > Dünya > Roma Papası dünyanı sülhə çağırıb
Roma Papası dünyanı sülhə çağırıb5-11-2022, 09:00. Разместил: admin |
Katoliklərin ruhani lideri Papa Fransisk dünyanı Ukraynada davam edən müharibəni dayandırmağa çağırıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papası Fransisk Bəhreynin Sihayr Kral Sarayında keçirilən "Bəhreyn Dialoq Forumu: Şərq və Qərb insanların birlikdə yaşaması üçün" adlı iclasında çıxışı zamanı insanları sülhə səsləyib. O, dünyanı Rusiyanın Ukraynaya hücumu qarşısında səssiz qalmamağa çağırıb: "Görünür, faciəvi bir ssenarinin şahidi oluruq. Diqqət və qayğı əvəzinə atəşə, raketlərə, gözyaşlarına və ölümə səbəb oluruq. Silahla oynayırıq". "Ukraynada davam edən müharibəni dayandırmaq və tərəflər arasında ciddi danışıqlara başlamağa vaxtıdır",- deyə o bildirib. Вернуться назад |