Главная > Dünya > 238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi
238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi28-08-2020, 10:28. Разместил: admin |
Türkiyədə 238 gün aclıq aksiyası keçirən məhbus vəkil Ebru Timtik vəfat edib. Bu barədə vəkilin üzvü olduğu "Halkın Hukuk Bürosu" təşkilatının tvitter hesabında məlumat verilib. 20 mart 2019-cu il tarixində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 13 il altı ay həbs cəzasına məhkum edilən Timtik 2020-ci il fevralın 3-dən aclıq aksiyasına başlayıb. O, məhkəmənin qərarına etiraz edərək iddiaları rədd edib. 5 aprel tarixindən etibarən isə o aksiyanı ölüm orucu adıyla davam etdirib. Qeyd edilib ki, ölümündən öncə onun çəkisi 33 kiloqrama düşüb. Onunla vida mərasimi İstanbul Vəkillər Kollegiyasının binası qarşısında keçiriləcək. Вернуться назад |