Главная > Dünya > Noyabr-dekabrda bu ölkədə ara qarışacaq – Terebov əmin danışdı
Noyabr-dekabrda bu ölkədə ara qarışacaq – Terebov əmin danışdı27-10-2022, 11:42. Разместил: admin |
Hakimiyyət əleyhdarları noyabr-dekabr aylarından Belarusda aranı qarışdırmağa başlayacaqlar. “Belta” xəbər verir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədrinin birinci müavini Sergey Terebov məlumat verib. “Sözün həqiqi mənasında noyabr-dekabr aylarında tələbələr arasında sosial gərginlik ocaqlarının yaradılması ilə növbəti etiraz dalğalanması başlayacaq. Bu, yaxın gələcəkdə gözlədiyimiz növbəti addımdır”, - o qeyd edib. Terebovun sözlərinə görə, siyasi mühacirət mərkəzləri öz siyasi layihəsini inkişaf etdirməkdə davam edir və onun mühacirətdə olan keçid hökuməti kimi Qərb tərəfindən tanınmasını və maliyyələşdirilməsini təmin edir: “Burada yalnız bir məqsəd var. Bu da ondan ibarətdir ki, mövcud hakimiyyəti legitmilyindən məhrum edib terror hücumlarına və təxribatlara haqq qazandırmaqdır”. Вернуться назад |