Главная > Dünya > Makrondan Lukaşenkoya xəbərdarlıq: “Ukraynadakı münaqişədə fəal iştirak edərsə problem yaşayar”
Makrondan Lukaşenkoya xəbərdarlıq: “Ukraynadakı münaqişədə fəal iştirak edərsə problem yaşayar”13-10-2022, 12:38. Разместил: admin |
Fransa prezidenti Emmanuel Makron Belarus lideri Aleksandr Lukaşenkonun Ukraynadakı münaqişədə fəal iştirak edəcəyi təqdirdə problem yaşayacağını bildirib. “ Makron bunu “France 2” telekanalına müsahibəsində deyib. “Prezident Lukaşenko özünü Ukrayna münaqişəsinə daha çox həsr etmək qərarına gələrsə, məsuliyyəti öz üzərinə götürməlidir. Məncə, bu, onun üçün problemsiz ötüşməyəcək” - Makron qeyd edib. Makron onu da xatırladıb ki, Aİ Rusiya ordusunun Ukraynaya keçməsi məqsədi ilə öz ərazisində yerləşdirilməsinə icazə verdiyi üçün Belarusa qarşı artıq sanksiyalar tətbiq edib. Вернуться назад |