Главная > Dünya > “Bakı ilə İrəvan arasında davamlı sülhün yeganə açarı…” - Zaxarova

“Bakı ilə İrəvan arasında davamlı sülhün yeganə açarı…” - Zaxarova


12-10-2022, 11:21. Разместил: admin
“Bakı ilə İrəvan arasında davamlı sülhün yeganə açarı…” - Zaxarova


Moskva Aİ-nin Ermənistanla Azərbaycan sərhədində missiyasını İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına müdaxilə cəhdi kimi qiymətləndirir. 

“Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Başa düşdüyüm qədər, Aİ-nin missiya ilə bağlı rəsmi qərarı hələ ki, xoşagələn deyil. Biz bunu Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına hər hansı formada müdaxilə etmək cəhdi və növbəti cəhd kimi qiymətləndiririk. Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaqdır. Təbii ki, öz münasibətlərini qurmaq suveren dövlətlərdən asılıdır...”- Zaxarova qeyd edib.

Zaxarovanın sözlərinə görə, tarixdən bilirik ki, Aİ missiyaları real nizamlanmaya gətirib çıxarmayıb. “Əgər son uğurlu nümunələri bilirsinizsə, mənə deyin... Hətta deyərdim ki, onlar nəinki başqaları üçün vasitəçilik edə bilməyiblər, öz maraqlarını, birlik olaraq özlərini və üzv ölkələrini müdafiə edə bilməyiblər. Biz ondan irəli gəlirik ki, İrəvanla Bakı arasında barışığın, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir. Biz bu məsələ ilə bağlı erməni və azərbaycanlı həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq, Astanada MDB Nazirlər Şurası çərçivəsində keçiriləcək tədbirdən yararlanmağı gözləyirik”, - deyə Zaxarova bildirib.


Вернуться назад