Главная > Dünya > Çavuşoğlundan Ermənistana xəbərdarlıq
Çavuşoğlundan Ermənistana xəbərdarlıq14-09-2022, 13:56. Разместил: admin |
Davamlı sülh və sabitlik istəyiriksə Ermənistan təxribatlardan əl çəkməlidir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Diplomatik müxbirlər toplantısında çıxışı zamanı Ermənistanın təxribat xarakterli hərəkətlərinə mövqeyini açıqlayarkən deyib. “Ermənistan zaman-zaman təxribat törətməkdə davam edir. Təbii ki, Azərbaycanın buna cavab verməməsi mümkün deyil. Biz burada davamlı sülh və sabitlik istəyiriksə, Ermənistan təxribatlardan əl çəkməlidir”, - nazir qeyd edib. Вернуться назад |