Главная > Dünya > Türkiyə boğazlardan keçid qiymətlərini beşqat artırır
Türkiyə boğazlardan keçid qiymətlərini beşqat artırır29-08-2022, 13:30. Разместил: admin |
![]() Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini beş dəfə artıracaq. "Sabah" xəbər verir ki, “2022-ci il oktyabrın 7-dən boğazlardan keçidlərdə mayak, təxliyə və tibbi xidmət haqqı beş dəfə artırılacaq, indiki formada 40 milyon dollar olan gəlir isə 200 milyon dollara qədər artacaq. 1936-cı ildə imzalanmış Montrö Müqaviləsi ilə Türkiyə İstanbul boğazından keçən və Çanaqqala boğazına (Dardanel) girib-çıxan gəmilərdən mayak, evakuasiya və tibbi xidmət haqqı almaq hüququna malikdir”. 1936-cı ildə qəbul edilən Montrö Konvensiyasına əsasən, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürüb. Вернуться назад |