Главная > Dünya > “Surmalu” ticarət mərkəzində ölənlərin sayı 6 nəfərə çatıb
“Surmalu” ticarət mərkəzində ölənlərin sayı 6 nəfərə çatıb15-08-2022, 11:37. Разместил: admin |
İrəvanın mərkəzində “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. “armenpres ” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib. “Xilasedicilər daha bir meyiti dağıntılar altından çıxarıblar. İndiyə qədər 6 ölü var. Axtarış-xilasetmə işləri davam edir”, - deyə o bildirib. Dağıntılar altından çıxarılan şəxsin kimliyi hələ ki, məyyən edilməyib. Ölənlərdən 4-nün şəxsiyyəti bəllidir. Bunlar Anahit Mxitaryan, Misak Marqaryan, Jemma Nazaryan, Qayane Avetisyandır. Ticarət mərkəzindəki partlayışda itkin düşənlər: 1. Aram Hayrapetyan 2. Vardan Köçəryan 3. Marat Şahbazyan 4. Sirarpi Xaçatryan 5. Mariam Xaçatryan 6. Harut Qarakyan 7. Qaqik Karapetyan 8. Artavazd Ayrapetyan 9. Erna Qriqoryan 10. Hraçya Sarkisyan 11. Vaçaqan Eqoyan 12. Vanik Əmirxanyan 13. Anahit Xalatyan 14. Kseniya Badalyan, 1981-ci il təvəllüdlü 15. Aram Arutyunyan 16. David Mixitaryan Вернуться назад |