Главная > Dünya > Politoloq Putinin Ukraynadakı yeni ağlasığmaz planını açıqlayıb
Politoloq Putinin Ukraynadakı yeni ağlasığmaz planını açıqlayıb10-08-2022, 14:22. Разместил: admin |
Plana əsasən Rusiya ələ keçirdiyi Zaporojye AES-də təxribat təşkil edə bilər. Qərbdən gələn təhdidlərə görə Rusiya nüvə silahından istifadəsinin mümkünsüzlüyünü dərk edən Rusiya diktatoru Putin, yəqin ki , işğalçılar tərəfindən ələ keçirilən Zaporojye AES-də təxribat təşkil etməyi planlaşdırır . Bu fikirləri “Kanal24” müsahibəsində rusiyalı publisist və politoloq Andrey Piontkovski deyib. Ekspertin fikrincə, Putin AES-dəki nüvə təxribatının günahını Ukraynanın üzərinə atmaq istəyir - belə şeylər artıq Rusiya üçün ənənəvi hal alıb. “Putin Zaporojye AES-i partlatmaqla Ukraynanı ittiham edib, desin ki, bunu ukraynalılar edib” – o qeyd edib. O, xüsusilə xatırladıb ki, Putin hakimiyyətinin ilk illərində yaşayış binalarının bombalanmasını təşkil etməklə çeçenləri günahlandırıb və müharibəyə başladı. Kremlin Zaporojye AES-də təxribatlar törədəcəyini istisna etməyən Piontkovski diplomatları daha fəal olmağa və MAQATE nümayəndələrinin AES-ə girişini təmin etmək istiqamətində fəaliyyət göstərməlidirlər. Вернуться назад |