Главная > Dünya > Çay brendləri “Lipton”, “Saito” və “Brooke Bond” Rusiyanı tərk edir
Çay brendləri “Lipton”, “Saito” və “Brooke Bond” Rusiyanı tərk edir2-08-2022, 09:19. Разместил: admin |
“Lipton”, “Saito” və “Brooke Bond” brendlərinin sahibi olan beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya bazarını tərk edir. “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Yuxarıda göstərilən markaların çayları 2022-ci ilin sonuna qədər Rusiyada istehsalı, həmçinin satışı tamamilə dayandırılacaq. “Beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya ərazisində fəaliyyətini dayandırmaq qərarına gəlib”, - məlumatda deyilir. Şirkət bu qərarını mövcud vəziyyətin Rusiyada biznesin sabit inkişafına imkan verməməsi ilə əsaslandırıb. Вернуться назад |