Главная > Dünya > Zelenski ölkəsinin iki əsas kadrını vəzifəsindən azad etdi
Zelenski ölkəsinin iki əsas kadrını vəzifəsindən azad etdi18-07-2022, 10:15. Разместил: admin |
![]() Ukrayna Prezidenti Volodimir Zelenski Baş prokuror İrina Venediktovanı və Təhlükəsizlik Xidmətinin rəisi İvan Bakanovu vəzifəsindən azad edib. O bununla bağlı müvafiq sərəncam imzalayıb. Baş prokurorun vəzifəsindən azad olunması ilə bağlı sərəncamda qeyd olunub ki, “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” Ukrayna qanununun 11-ci maddəsinin ikinci hissəsinə əsasən tutduğu vəzifədən kənarlaşdırılıb. Təhlükəsizlik xidmətinin rəhbərinin vəzifəsindən azad olunması ilə bağlı sərəncamda isə Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsi əsa götürülüb. Вернуться назад |