Главная > Dünya > Maskın açıqlamasından sonra tviterin səhmləri ucuzlaşdı
Maskın açıqlamasından sonra tviterin səhmləri ucuzlaşdı12-07-2022, 11:28. Разместил: admin |
Amerikalı biznesmen İlon Mask tviter sosial şəbəkəsini almaqdan imtina etdiyini açıqladıqdan sonra “Twitter”in səhmləri ucuzlaşmağa başlayıb. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, iyulun 11-i axşam saatlarına olan məlumata görə, şirkətin səhmləri 10,21% ucuzlaşaraq 33,05 dollara enib. Xatırladaq ki, İlon Mask bu yaxınlarda “Twitter”i təxminən 44 milyard dollara almaq üçün bağladığı müqaviləni ləğv edib. Şirkət bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Вернуться назад |